Çavuşoğludan Yunanıstana REAKSİYA: “Avropanın sərhədləri Türkiyədən başlayır”


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Haavisto ilə mətbuat konfransı zamanı Yunanıstanın qaçqınlara davranlşı məsələsinə toxunub.

“Haber Global”ın məlumatına görı, o, Yunanıstanın mühacirləri sıxışdırması ilə bağlı Avropa İttifaqına (Aİ) səslənərək bildirib ki, burada Yunanıstan qədər Aİ-nin də günahı var.

“Türkiyə bunun onda birini etsə, necə tənqid olunacağını çox yaxşı bilirik, amma Yunanıstan isə əksinə, dəstəklənir. Bəhanısi də budur ki, Avropanın sərədlərini qoruyur. Halbuki, Avropanın sərhədləri Türkiyədən başlayır”.

Çavuşoğlu həmçinin əlavə edib ki, sərhədin qoruduğu üçün qeyri-insani rəftarın dəstəklənməsi Aİ-nin müdafiə etməyə çalışdığı dəyərlərə əsaslı şəkildə ziddir.

“Türkiyə-Aİ birgə bəyanatını yeniləmək istərdik. Bu insanlar harada yaşayırlarsa yaşasınlar, kömək etməliyik”, - deyə türkiyəli siyasətçi vurğulayıb.

“Haber Global”