Bakı-Kişineu birbaşa aviareysi açıla bilər

Azərbaycan və Moldova Bakı-Kişineu birbaşa aviareyslərinin açılması imkanını müzakirə edir.
“Report” xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Moldova Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirməkdə maraqlıdır: “Bu gün Moldovada Azərbaycan kapitallı şirkətlər var və biz onların sayını artırmaq istəyirik”.