Rusiya XİN Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayıb

“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir".

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova xatırladıb ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb: “127 hərbi əsir Ermənistan tərəfinə, 19 nəfər isə Azərbaycan tərəfinə qaytarılıb. Təbii ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi vacib hesab edirik”.