Zaxarova:“Rusiya Azərbaycanın səkkiz erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayır"

Rusiya Azərbaycanın səkkiz erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayır.
Bunu ənənəvi həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. Tədbir canlı olaraq qurumun “Twitter” səhifəsindən yayımlanıb.
O, qeyd edib ki, bölgədəki humanitar problemləri mümkün qədər tez aradan qaldırmaq vacibdir.