Ermənistan öhdəliklərini yerinə yetirmir! – “Güc göstərməliyik”

Az qala 30 ildir, Azərbaycan birinci  Qarabağ müharibəsində əsir və girov götürülmüş, itkin düşmüş əsgərlərini tapa bilmir. Elə ailələr var ki, bu günə qədər  itkin yaxını haqqında  məlumatı yoxdur, o anaların hələ də gözü yoldadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Kommisiyasının statistikasına görə, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.İtkin düşən şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.

Lakin həmin şəxslərin sonrakı taleyi ilə bağlı məlumat yoxdur.

Xarici İşlər Naziri  ( XİN) Ceyhun Bayramov mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və XİN bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır.  

Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır:

"Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir”.

Ermənilərin əsir və itkin, girov götürülmüş şəxslərə yanaşması barədə "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov bildirib ki, erməni olmaqları hər şeydən xəbər verir, bu, bir xəstəlikdir:

"Onlar bütün tarix boyu heç bir sövdələşmədə, münasibətdə, əlaqədə səmimi olmayıblar. Bu gün də qeyri- səmimiliyi, xəyanatkarlığı, namərdlikləri davam edir. Onlar sözdə razılaşırlar, istədiklərini əldə edirlər. Sonra öhdəliklərini yerinə yetirmirlər. Minalanmış sahələrin xəritələrin verilməsində, əsirlərin dəyişdirilməsində, sərhəd və Zəngəzur dəhlizi məsələsində də özünü göstərir. Ermənistana etibar etmək doğru deyil. Razılaşma vaxtı qabaqcadan nəyisə verməməliyik, almalıyıq, ardınca qarşılıqlı reallaşdırmalıyıq. Erməni cığallığı tarix boyu təsdiqini tapıb. 

Nəsə almaq üçün  danışıqlar yolu, xoşluq işə yaramır. Yalnız məcburiyyət qarşısında qoyub nəsə almaq mümkündür. 44 günlük müharibədə və bitdikdən sonra da belə oldu.  Bütün məsələlərdə belə  üsul tətbiq edilməlidir. "Sən bunu etməlisən!". 

 Şərtlə danışıqla mümkün deyil. Əgər alınsaydı, 30 il ərzində aparılan danışıqlar uğurla nəticələnərdi. Heç nəyə nail ola bilmədik. 

"Dəmir yumruq" işə düşən kimi Azərbaycan əsgəri sözünü deməyə başladı, sülhə məcburetmə metodu ilə istədiklərimizi gerçəkləşdirdik. 

Erməniyə güc göstərməliyik. Onlar güc görməsə, heç vaxt deyiləni icra etmirlər".