GUAM: "Ukraynanı dəstəkləmək məsələsində vahid mövqedəyik"

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Ukraynakı vəziyyətlə bağlı açıqlama yayıb.
“Report” xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkədəki səhifəsində tvit paylaşılıb.
“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək məsələsində möhkəm və vahid mövqedəyik. Biz Ukrayna xalqına milli konsolidasiya, birlik və sülh arzulayırıq”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.