"İrəvanın mövqeyi Moskvanı qane etmir!" 

 “Delimitasiya və demarkasiya, kommunikasiya məsələlərinin icrası gecikdirilir”

“Azərbaycanı da üçtərəfli məsələlərin icrası maraqlandırır. Bu səbəbdən Rusiya Ermənistanı sürətləndirməyə çalışır”


Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli və regional, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli razılaşmalarının icrası ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

XİN başçıları arasında telefon danışığının keçirilməsini tətikləyən səbəblərlə bağlı "sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Moskvanın arxa bağçasında cəbhə açma imkanı mümkündür:

“Rusiyanın siyasətində Ermənistan hər zaman əhəmiyyətli olub. Ukrayna məsələsində Qərb bloku ilə toqquşma məsələsi də gündəmdədir. 

Görüşdə Ermənistanın öhdəlikləri, müttəfiqliklə bağlı müqavilələr, regional-siyasi proseslər, İrəvanın atmalı olduğu addımlar müzakirə olunub. İrəvanın indiki mövqeyi Moskvanı qane etmir. 

Delimitasiya və demarkasiya, kommunikasiya məsələlərinin icrası gecikdirilir. Azərbaycanı da üçtərəfli məsələlərin icrası maraqlandırır. Bu səbəbdən Rusiya Ermənistanı sürətləndirməyə çalışır”.

Xanlar ƏLİBƏY