Polşa səfiri: "Azərbaycanlılar mədəni irslərilə fəxr edə bilərlər"


“Azərbaycanlılar bu qədər zəngin mədəni irsə sahib olduqları ilə fəxr edə bilərlər, biz də bu irsin bir hissəsində payımız olduğuna görə fəxr edirik”.

“Report” xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski media nümayəndələrinə bildirib.

“Gələcəkdə Azərbaycanla mədəni əlaqələrimizi daha da artırmaqla bağlı geniş planlarımız var” – deyə səfir qeyd edib.

Qeyd edək ki, bu gün Bakı memarlığına polşalıların töhfəsi mövzusuna həsr olunmuş tədbir keçirilib.