Zelenski Luqanskda uşaq bağçasının atəşə tutulması barədə Aİ-yə şikayət etdi


Ukrayna Prezidenti Vladimir Zelenski “Rusiyayönlü qüvvələrin Luqanskda uşaq bağçasını atəşə tutmasını” böyük təxribat adlandırıb.

Bu barədə o, “Twitter” hesabında yazıb:

“Stanitsa Luqanskayada uşaq bağçasının atəşə tutulması böyük təxribatdır. Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün effektiv mexanizm lazımdır”.

Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel ilə Mariupoldan telefonla əlaqə saxlayaraq, bu barədə danışdığını da qeyd edib:

“Təhlükəsizlik vəziyyəti və bugünkü təxribatçı atəşlər, xüsusən də Stanitsa Luqanskayada hadisələr haqqında məlumat verdim. Ukraynaya dəstək üçün donor konfransının keçirilməsi təşəbbüsünə görə təşəkkür etdim”.