Peskov:“Moskva hələ də diplomatiyaya açıqdır”

Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqanskın “müstəqilliyini” tanıyıb. Kremlin sözçüsü Dmitri Peskov bu hadisədən sonra  Moskvanın hələ də diplomatiyaya açıq olduğunu bildirib.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Peskov Donbasa müdaxilə ilə bağlı məlumatın olmadığını vurğulayıb:
“Rusiya qüvvələrinin Donbasa daxil olması ilə bağlı məndə hələ məlumat yoxdur. Vəziyyətdən asılı olaraq addım ata bilərik”.
D.Peskov Donetsk və Luqanskın tanınmasının sakitliyi təmin edəcəyinə ümid etdiyini ifadə edib:
"Rusiya hələ də diplomatiyaya açıqdır. Sabitliyin bərqərar olacağına inanıram” .
Rusiya rəsmisi Putinlə ABŞ prezidenti Co Baydenin görüşü ilə bağlı bütün təmasların nəzərə alındığını qeyd edib.

Cəmilə ƏZİM