Türkiyənin vitse-prezidenti: "Ukraynada sülh olması üçün əlimizdən gələni edəcəyik"


“Ukraynada atəşkəsin təmin olunması, humanitar dəhlizlərin açılması və sülh olması üçün əlimizdən gələni edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

“İnsanların öldüyü heç bir savaşın qalibi yoxdur. Atəşkəs çağırışımızı təkrarlamağa davam edəcəyik. Biz regional əməkdaşlığın tərəfdarıyıq”, - deyə o bildirib.