AKP sözçüsü: “Türkiyə Putin və Zelenskini bir araya gətirmək niyyətindədir”

Türkiyə Ukrayna və Rusiya arasında əldə olunan atəşkəsin davamlı olmasını, sülhə çevrilməsini istəyir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna prezidentlərini İstanbul və yaxud da Ankarada bir araya gətirmək niyyətindədir.

Çelik əlavə edib ki, Türkiyə hərbi çevrilişlərinə qarşı olduğu kimi, işğala da qarşıdır.