Aİ Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətlərinə baxmağa başlayıb

Avropa İttifaqı (Aİ) Ukrayna, Gürcüstan və Moldovanın təşkilata qəbul edilməsi müraciəti ilə bağlı yazılı prosedura başlayıb.
Sherg.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Fransanın Aİ Şurasına sədrliyi yazıb.

"Aİ Ukrayna, Gürcüstan və Moldovadan Aİ-yə qəbul üçün müraciət edən sorğulara Avropa Komissiyasının cavablarının hazırlanması üçün yazılı prosedura başlayıb", - deyə qeyd olunub.

Ekspertlərin fikrincə, Avropa Komissiyası bu müraciətlərlə bağlı rəsmi rəy bildirməlidir. Sonra 27 ölkə uzun və mürəkkəb danışıqlara başlamaq üçün Ukrayna, Gürcüstan və Moldovaya namizəd statusunun verilməsinə razı olub-olmaması barədə razılığa gəlməlidir.