Qərb Ukraynanın bərpası üçün Marşal planının analoqunu hazırlayacaq


“Qərb ölkələri Ukraynanın bərpası planı hazırlamaq niyyətindədir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda Vişeqrad Qrupuna daxil olan ölkələrin (Çexiya, Slovakiya, Polşa və Macarıstan) baş nazirləri ilə görüşündən sonra bildirib.

“Ukrayna xalqına nümayiş etdirmək zərurəti ilə bağlı razılığa gəlindi ki, nə olursa olsun, azad, suveren və müstəqil Ukrayna təmin olunduqdan sonra biz Ukraynanın bərpası üçün Marşal Planı hazırlayacağıq”,- baş nazir bildirib.