Ərdoğan Rusiya-Ukrayna müharibəsindən DANIŞDI: "Bu nə axmaqlıqdır?!"

Bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın AK Partiya TBMM Qrup Toplantısında çıxışı olub. Ölkə rəhbəri Rusiya-Ukrayna müharibəsindən bəhs edib.

"Sherg.az" xəbər verir ki, R.T.Ərdoğan hər kim olursa, olsun, zülm görmüş insanların yanında olduqlarını bildirib:

“İlk gündən etibarən Türkiyə olaraq ətrafımızda baş verən böhranlar qarşısında soyuqqanlılığı əldən vermədik. Prinsipial və vicdanlı duruş nümayiş etdirdik. Ölkəsindəki müharibədən və zülmdən qaçaraq qapımıza gələn insanların heç birini dilinə, dininə, irqinə baxmadıq. Gözlərinin rənginə fikir vermədik. Bu nə axmaqlıqdır?! Əsrlər boyu əcdadımızın etdiyi kimi etdik, bizə sığınan məzlumlara sahib çıxdıq”.

 

Cəmilə ƏZİM