Peskov proqnoz verə bilməyib! – “Rusiyaya qarşı görünməmiş iqtisadi müharibə...”

“Rusiyaya qarşı görünməmiş iqtisadi müharibə başlayıb”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 
“Sherg.az” xarici KİV -ə istinadən xəbər  verir ki, D.Peskov  jurnalistlərlə keçirdiyi brifinqdə inflyasiya ilə bağlı proqnozlar barədə suallara cavab verib. O,vurğulayıb ki, indi mənfi nəticələrin və gələcək risklərin minimuma endirilməsi üçün tədbirlər görmək lazımdır:

“Ölkəmizə qarşı başlayan elə bir iqtisadi müharibə olmayıb. Buna görə də nəyisə proqnozlaşdırmaq çox çətindir".

Eyni zamanda, D.Peskov ABŞ-ın de-fakto olaraq, Rusiyaya qarşı iqtisadi müharibə elan etdiyini bildirib.

Çimnaz