Daha bir brend Rusiyada fəaliyyətini dayandırıb Ukraynada yardıma başladı


Philip Morris International Inc.” Rusiyaya planlaşdırılan investisiyaların, o cümlədən yeni məhsulların bazara çıxarılması və reklam, innovasiya və modernləşdirməyə investisiyaların dayandırıldığını elan edib. Bundan əlavə, şirkət Rusiyada istehsalı azaltmaq planını işə salıb. Şirkət vəziyyəti izləməyə davam edəcək.

“Ukraynada müharibənin başlaması bizi şoka saldı. Biz zorakılığı qətiyyətlə pisləyirik. Biz hərbi təcavüzdən əziyyət çəkən bütün günahsız insanlarla həmrəyik. Müharibənin dərhal dayandırılmasına və sülhün bərpasına çağıran çoxsaylı səslərə qoşuluruq”, - deyə şirkətin baş direktoru Yaçek Olçak bildirib.

O qeyd edib ki, şirkət gedənlərin təxliyəsinə kömək edir, Ukraynada qalan işçilərə təcili yardım və qonşu ölkələrə gedənlərə dəstək göstərir.

Son beş gün ərzində şirkət işçiləri ukraynalıları dəstəkləmək üçün 300 min dollardan çox ianə edib.

Mənbə: Segodnya