Ehtiyatda olan erməni hərbçilər orduya çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə cəlb ediləcək.
Məlumatda qeyd olunur ki, ehtiyatda olan hərbçilər aprelin 15-dən iyunun 15-dək keçiriləcək hərbi təlimlərdə iştirak edəcəklər.
Ermənistan mətbuatı yazır ki, təlimlərdə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və Ermənistan ordusunun sıralarını ehtiyatda olan hərbi qulluqçuların hesabına doldurulması nəzərdə tutulur.

Mənbə: Sputnik Ermənistan