Çavuşoğlu:“İlk görüşdən möcüzə gözləmək olmaz”

Belə müharibələrin qalibi yoxdur.
APA xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, həm Rusiya, həm də Ukrayna görüşdə Türkiyə tərəfinin iştirakını istəyib.
XİN başçısı atəşkəsə ehtiyac olduğunu, humanitar dəhlizlərin açıq saxlanılmasının vacibliyini vurğulayıb.
“Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. Bir görüşdən möcüzə gözlənilməməlidir, bu, başlanğıcdır. Ukrayna tərəfi Zelenskinin görüşə hazır olduğunu bəyan etdi”, - Çavuşoğlu bildirib.