Lavrov: “Biz silahsızlaşdırılmış Ukrayna istəyirik”

Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər Sergey Lavrov mətbuat nümayəndələrinin qarşısına çıxıb.
Ukrayna-Rusiya arasındakı böhranın həllinə toxunan rusiyalı diplomat bəyan edib ki, Rusiya silahsızlaşdırılmış Ukrayna görməkdə israrlıdır:

“Biz silahsızlaşdırılmış, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.

Sergey Lavrov çıxışının davamında bildirib ki, Ukraynada NATO olmadan da Rusiyanı nişan altında saxlayan hərbi sistemlər yerləşdirmək olar.

“Əlbəttə, biz Ukraynanın neytral olmasını istəyirik. Ukrayna dövlətinin təhlükəsizlik təminatlarını Avropa ölkələrinin və təbii ki, Rusiyanın təhlükəsizliyi ilə birlikdə müzakirə edin”.

Mənbə: RİA Novosti