“Ermənistan tərəfi Rusiyanın yanında dayanmaq istəmir. Öz xəttini seçir, Qərblə yaxınlıq edir”
“V.Putin qonşu ölkələrin tərəflərin münasibətinə qoşulmamalı, Rusiya ilə əlaqələrini davam etdirməli olduqları mesajını verib”
“Sözsüz ki, xəbərdarlıqlardan biri Ermənistana aid idi. Paşinyan Rusiyaya xəyanət etmək istəyir, artıq ilkin əlamətlər var"
Rusiya Ukraynada mürəkkəb durumla üz-üzədir.
Ukrayna böhranı ilə yanaşı Rusiya dünya ölkələrinin ağır sanksiyalar məngəsində sıxılır.Belə bir vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Fransalı həmkarı Emmanuel Makronla görüşüb və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılıb.
Bəzi ekspertlər Qərbə sığınan rəsmi İrəvanın bu hərəkətini Rusiyaya qarşı yeni bir xəyanət kimi qiymətləndirir.
N.Paşinyan hakimiyyətinin Rusiyaya qarşı "sürprizləri" nədən xəbər verir?
"Sherg.az"ın sualını cavablandıran siyasi şərhçi Asif Nərimanlı bildirib ki, N.Paşinyanın Fransa səfərini növbəti prezident seçkiləri ilə bağlıdır:
"Fransa seçkilərində erməni məsələsi aktuallıq daşıyır. Sözügedən səfəri E.Makrona jestdir.
Əgər Ukrayna prosesləri, Qərb-Rusiya qarşıdurması nöqteyi nəzərindən yanaşsaq, bu səfər Rusiyaya mərkəzdən qaçma kimi görünür. Hazırkı durumda ən sakit dayanan ölkələrdən biri Ermənistandır. Ukraynanın ərazi bütövlüyün dəstəklədiklərini belə vurğulamayıblar. Heç bir humanitar yardım da göstərməyiblər. Təbii, bu Rusiya ilə olan müttəfiqliklə bağlıdır. Kremlin Ukraynanın hücum etdiyini əsas gətirirək KTMT-ni müharibəyə cəlb etmə ehtimalı mümkündür. "KTMT-yə üzv olan ölkəyə təcavüz var, digər üzvlər də proesesə qoşulmaldır" deyə bilər. Ermənistan da prosesə qoşulmağa məcbur olacaq".
A.Nərimanlının sözlərinə görə, N.Paşinyan Qərbdən müəyyən qədər dayaq əldə etmək istəyir:
"Güman ki, N.Paşinyan Makronla görüşündə belə məsələləri də müzakirə edib. Görünən situasiyada Ermənistan çətin vəziyyətdə qalsa, Qərbin sanksiyaları ilə üzləşməməsi üçün səy göstərir. Müharibənin 14-cü günündə Rusiya hələ də istəklərinə çata bilməyib, üzləşdiyi sanksiyalar onu çətin vəziyyətə salır. Müharibənin nə vaxt bitəcəyi də bəlli deyil. Ermənistan tərəfi Rusiyanın yanında dayanmaq istəmir. Öz xəttini seçir, Qərblə yaxınlıq edir.Rusiyaya prosesi izləyir, prosesdən güclü çıxmağa çalışacaq. Çünki müttəfiqləri dağılışa bilər. Sərt mövqe də göstərməyi mümkündür. V.Putin qonşu ölkələrin tərəflərin münasibətinə qoşulmamalı, Rusiya ilə əlaqələrini davam etdirməli olduqları mesajını verib. Sözsüz ki, xəbərdarlıqlardan biri Ermənistana aid idi. Paşinyan Rusiyaya xəyanət etmək istəyir, artıq ilkin əlamətlər var".