Deputat:“Rusiyanın güc itirəcəyini düşünmürəm”



"Ermənistan addımları ilə onu dövlət kimi saxlayan Rusiyaya hər zaman xəyanət edib".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi dönəmində rus-erməni münasibətlərindən danışıb:

"Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Rusiyadan dəstək almasına baxmayaraq, nankorluq etdi. Sərgilədiyi mövqelər rusların maraqlarına toxunurdu. N.Paşinyan da həmişə olduğu kimi dar baxış bucağına söykənərək irəliləyir. Onu Qərb hakimiyyətə gətirib deyə, o dairənin nəzarəti altındadır.


 Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə aciz qalan N.Paşinyan məcbur Rusiyaya sığındı. İndiki şəraitdə o düşünür ki, Qərblə daha rahat ünsiyyət qurmağın zamanıdır. Lakin yanlış fikirdir. Rusiya geosiyasi gücə malik ölkədir. Gücünü itirəcəyini düşünmürəm. N.Paşinyanın yanlış addımı Ermənistan üçün problemlər yaradacaq. Ermənistanın xisləti belədir: xəyanət, satqınlıq, etibarsızlıq".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Fransaya işgüzar səfərə gedib. Fransalı həmkarı Emmanuel Makronla görüşüb və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılıb. Bəzi ekspertlər Qərbə sığınan rəsmi İrəvanın bu hərəkətini Rusiyaya qarşı yeni bir xəyanət kimi qiymətləndirib.