Ermənistan məğlubiyyətdən dərs alır! - Bölgəyə barış gəlir?


“Ancaq bu hadisələrə görə, Rusiya və İranın narahatlığı aydın görünür”

Sovet İttifaqının süqutundan sonra Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər olmayıb. 1993-cü ildən sonra isə Türkiyə, Vətən müharibəsində Azərbaycanla həmrəylik əlaməti kimi, Ermənistanla sərhədini bağlayıb. 2021-ci ildə ölkələr arasında əlaqələrin normallaşdırılması üzrə danışıqlar aparmaq üçün xüsusi nümayəndələr seçilib. Onların Moskvada ilk danışıqları keçirilib. Beləliklə, iki ölkə arasında çarter reysi ilə uçuşlar bərpa olunub. Görünən odur ki, artıq Ermənistan yeni üfüqlər axtarır.

Elə bu gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib.

“Ermənistan və Türkiyə arasında münasibətlərdə normallaşma prosesi gecikməməlidir”-, deyə N.Paşinyan vurğulayıb.
O, həmçinin beynəlxalq ictimaiyyətin məsələnin həllini dəstəklədiyini söyləyib.

Tərəflərin əlaqələrini "Sherg.az"a açıqlayan Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay deyib ki, Ankara - İrəvan münasibətlərin yaxşılaşması, Azərbaycanla Ermənistan arasında əlaqələrin düzəlməsindən asılıdır:

"Rəsmi İrəvan bu istiqamətdə sağlam addımlar atsa, bölgəyə barış gələcək. Ermənistanın son məğlubiyyətdən götürdüyü dərslər var. Azərbaycan ordusu indi çox güclüdür. Önündə əvvəlki Azərbaycan yoxdur. Ermənistan Türkiyə ilə Azərbaycanın birliyinə qarşı nə hərbi, nə də iqtisadi cəhətdən tab gətirə bilər. 

Ancaq bu hadisələrə görə, Rusiya və İranın narahatlığı aydın görünür. Regional sülhün təmini rəsmi İrəvanın maraqlarına uyğundur".