İsrail və İran  münasibətlərini Azərbaycandan kənarda aydınlaşdırmalıdır

Amerikalı ekspertlərdən İran və İsrail səfirləri arasındakı atışmaya fərqli şərhlər gəlir. Məsələn, Amerikanın İran üzrə eksperti Mark Dubovitz belə deyir: 
“İran səfiri açıq şəkildə İsrail səfirini ölümlə təhdid edir. Azərbaycan İranın səfirini mollalara geri göndərməli və onun ölkəyə girişini bloklamalıdır”. Ekspertlərin firkincə, Azərbaycanın daxilində baş verən proseslərlə bağlı kimsəyə açıqlama vermək kimi bir məcburiyyəti yoxdur. Eyni zamanda bu artıq fərqli məcraya yönələ bilər. 

“Sherg.az” xəbər verir ki, siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, İsrail və İran arasındakı münasibətlər bəllidir: 

“Bu özünü bir sıra bölgələrdə də açıq şəkildə göstərir. Ancaq Azərbaycan poliqon deyil. Problemlərinizi də bizim sərhədlərimizin kənarında həll etməkdə fayda var. Azərbaycana atacağı addımlarla bağlı göstəriş verməyə ehtiyac yoxdur. Biz özümüz bilirik kimə qarşı hansı addımları atmaq lazımdır. İrana qarşı münasibətimiz bəlli olsa da bu o demək deyil ki, biz öz milli və təhlükəsizlik maraqlarımızı sizin regional maraqlarınıza qurban verəcəyik. Əməkdaşlıq, tərəfdaşlıq da bir yerə qədər. Azərbaycanın atacağı addımları da istiqamətləndirməyə lüzum yoxdur”.