Ermənilər, separatçılar sabah Xankəndi, Xocalı və Xocavənddən də gedəcəklər - Millət vəkili

Sorğunun nəticələri təəccüblü deyil

Torpaqlarımız sonuncu separatçıdan, terrorçu və işğalçıdan təmizlənənədək antiterror 
əməliyyatları davam etməlidir

  Sosial Tədqiqatlar Mərkəzi (STM) Qarabağda aparılan antiterror əməliyyatı, onun hərbi-siyasi 
mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib. STM-nin 
yaydığı məlumatda bildirilib ki, sorğu çərçivəsində ölkə üzrə 384 respondentin rəyi öyrənilib. 
Respondentlərin təqribən yarısı hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının 
Qarabağdan çıxarılmasının əsas təminatıdır. Rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5 faizi 
Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. 84 faiz 
respondent isə hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas 
təminatı olaraq gördüklərini deyiblər. 
  Sosial Tədqiqatlar Mərkəzinin növbəti sorğusunu və nəticələri barədə “Şərq”ə danışan millət 
vəkili Elman Məmmədov bildirib ki, STM hər zaman olduğu kimi bu dəfə də çox vacib məqama 
işıq tutub. Parlament üzvü vurğulayıb ki, sorğunun nəticələri təəccüblü deyil: “Demək olar ki, 
hər bir Azərbaycan vətəndaşının fikri odur ki, torpaqlarımız sonuncu separatçıdan, terrorçu və 
işğalçıdan təmizlənənədək antiterror əməliyyatları davam etməlidir. Sorğunun nəticələri də bunu 
göstərir. Xalqın istəyini reallaşdırmaq üçün dövlətimizin siyasi iradəsi, iqtisadi gücü var. 
Vətəndaşların rəyi bir daha sübut edir ki, Ali Baş Komandanımızın orduya rəhbərliyi, Silahlı 
Qüvvələrimizin hərbi əməliyyatları xalqımızı sevindirir və onların ürəyincədir. Xalq arxayın və 
rahatdır ki, onun təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Azərbaycan xalqı böyük ümid 
və səbirsizliklə gözləyir ki, bu gün Laçından, Zabuxdan iti qovan kimi çıxartdığımız ermənilər, 
separatçılar sabah Xankəndi, Xocalı və Xocavənddən də gedəcəklər. Beynəlxalq hüquq 
Azərbaycanın tərəfindədir. Ərazimizdə bir nəfər qanunsuz silahlı, quldur erməni qalmamalıdır. 
Bir müddət öncə Qarabağda apardığımız “Qisas” anti-terror əməliyyatı da göstərdi ki, 
Azərbaycan Ordusu istənilən vaxt, istənilən bölgədə hərbi əməliyyatlar keçirməyə qadirdir. 
Ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərindən sürətli köçünün səbəbi də məhz uğurlu 
anti-terror əməliyyatının nəticəsi idi. Ermənilər yaxşı bilir ki, cığallıq onlara baha başa gələcək”. 
  E.Məmmədov Laçın şəhəri və Zabux kəndindən çıxan ermənilərin törətdikləri vəhşiliklərə də 
münasibət bildirib: “1990-cı illərdə vəziyyət tamam başqa cür idi. Real informasiyanı dünya 
ictimaiyyətinin diqqətinə çatdırmaq çox çətin başa gəlirdi. İndi durum çox fərqlidir. Adi bir 
xəbər böyük sürətlə dünyaya yayılır. Bu gün Zabuxdakı evləri yandırıb çıxan ermənilər 30 il 
öncə necə idilərsə, indi də eyni təfəkkürdədir. Yenə də öz vandallıqlarından, vəhşiliklərindən 
geri qalmırlar. İşğalçı, talançı kimi gələn ermənilər bu gün də eyni davranışla bölgəni tərk 
edirlər. Ermənilər qəbilə düşüncəsinə malik vəhşi, islaholunmaz toplumdur. Onların başının 
üzərində daim yumruq olmalıdır, çünki ancaq güc görəndə deyiləni edirlər”.  

İsmayıl Qocayev