"Fransa qeyri-obyektiv, proseslərin həqiqətinə varmadan, gözüyumulu şəkildə işğalçı Ermənistanın mövqeyini müdafiə edən ölkə timsalındadır".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, rəsmi Parisin bu davranışı heç də regionda vəziyyətin stabilləşməsinə xidmət etmir:
"Ən əsası isə Ermənistanın vəziyyətinin düzəlməsinə, anti-Azərbaycan qətnamələrinə hər hansı bir təsiri olmayacaq.
Problem Fransa parlamentinin nə qərar qəbul etməsi ilə deyil, Azərbaycan və Ermənistan arasında münasibətlərlə həll edilir. Dövlətimiz mövqeyini beynəlxalq hüquq normalarına uyğun olaraq, ortaya qoyub. Rəsmi İrəvanın təxribatlarına lazımınca cavablar verir.
Təəssüf ki, Fransa parlamentində ölkəmizə qarşı sanksiyalar tətbiq etmək barədə müzakirələr aparılır. Amma bütün bunların Azərbaycanın vəziyyətinin pisləşməsinə hər hansı təsiri olmayacaq".