Özbəkistan Prezidenti Fransaya rəsmi səfərə gedəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransaya rəsmi səfərə gedəcək.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, səfər noyabrın 21-22-də baş tutacaq.

Qeyd olunub ki, Ş.Mirziyoyev fransalı həmkarı Emmanuel Makronla görüşəcək.