Türkiyə lideri: "Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq”

“Bugünkü görüşdə imzalayacağımız sənədlərlə əlaqələrimizi daha da gücləndirəcəyik”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.
O bildirib ki, üç ölkənin nazirlərinin iştirakı ilə təməli qoyulan üçtərəfli platformalar müsbət nəticələr verir: “Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdşalığa hazırıq. Türkmənsitan və Azərbaycanın ölkəmizə elektrik ixrac sahəsində də əməkdaşlığa hazırıq”.
R.T.Ərdoğan söyləyib ki, həmrəylik daha da gücləndirilməlidir: “Gənclərimizin hər il təhsil-tədris məqsədilə Qəbələdə və Avazada olmaları, orada istirahət etmələri ilə bağlı razılığa gəlmişik. Müddət təxminən bir ay ola bilər. Yəqin ki, həmin tələbələrimizlə birlikdə müəllimlər də səfərlərdə iştirak edəcəklər”.
Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.