Daşnaksütyunün daha bir üzvünə Ermənistana giriş qadağan edilib


Ermənistan hakimiyyəti heç bir izahat vermədən Fransadakı ARF Gənclər Birliyinin sədri Njde Karakavoryanı persona non qrata elan edib.

APA sputnik.am-a istinadən xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkələrində məlumat yayılıb.

Njde Karakavoryan ARF Dünya Gənclər Konqresində iştirak etmək üçün fevralın 6-10-da Sünikə gəlməli idi.

Bundan əvvəl Daşnaksütyunun digər nümayəndələri - Murad Papazyan, Masis və Syune Abrahamyanın ölkəyə girişi bağlanmışdı.