Prezidentin köməkçisi: “Dövlət tərəfindən bu məsələlər ciddi şəkildə araşdırılır”

“Sözsüz ki, bu terror hadisəsi və deyilən faktlar araşdırılmalıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Məhərrəm Əliyev deyib.
O bildirib ki, bu, Azərbaycana qarşı rəzil bir qəsddir:
“Bu hadisə heç vaxt unudulmayacaq. Hadisədə zərər çəkən hər kəs dövlətin nəzarətindədir. Dünya ölkələri də bu əcaib hərəkətləri pisləyəcək”.
M.Əliyev diplomatik fəaliyyətin dayandırılmasına da toxunub:
“Dövlət tərəfindən bu məsələlər ciddi şəkildə araşdırılır”.