“Sherg.az” qardaş Türkiyə mediasına istinadən bildirir ki, “İYİ” Partiya sədri Meral Akşener Ümumi İdarə Heyətinin (GİK) iclasından sonra açıqlama verib.
O “Altılı masa”nı tərk etdiyi bildirərək deyib:"Kılıçdaroğlu namizəd olsun. Biz iki ad arasında fikrimizi bildirdik. Onlar Mənsur Yavaş və Əkrəm İmamoğlu idi. Təəssüf ki, bizim fikir və təkliflərimiz masada oturanlar tərəfindən rədd edildi".
M.Akşener bildirib: "Biz qumar masasında və ya notarius masasında olmayacağıq".
Həmçinin M.Akşener Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaşa və İBB sədri Əkrəm İmamoğluna zəng edib.
CHP sədri Kamal Kılıçdaroğlu Akşenerin açıqlamalarına bir cümləlik cavab verib:
"Narahat olmayın, bütün daşlar yerinə oturacaq”.