İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Təbriz İran" Teleqram kanalı məlumat yayıb.
İddialarla bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.