Kremlə hücuma konkret cavab veriləcək - Lavov

Kremlə pilotsuz təyyarələrin hücumu düşmənçilik aktıdır. Rusiya buna konkret addımlarla cavab verəcək.
Bakupost.az "İnterfaks"a istinadla məlumat verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Bu, açıq-aydın düşmənçilik hərəkəti idi. Tamamilə aydındır ki, Kiyev terrorçuları "sahiblərinin" xəbəri olmadan bunu törədə bilməzdilər. Biz hadisəyə, bunun kazus belli olub-olmaması barədə danışmaqla deyil, konkret addımlarla cavab verəcəyik”, - deyə Lavrov jurnalistlərə bildirib.
Nazir bildirib ki, Rusiyanın səbri genişdir:
"Belə bir atalar sözü var: ruslar uzun müddət çullayır, sonra sürətlə gedirlər və s.".
Lavrov həmçinin deyib ki, Hindistanda keçirilən ŞƏT nazirlərinin görüşü zamanı onun bütün həmsöhbətləri hadisəni “qınadığını” bildiriblər.
O, xüsusi qeyd edib ki, Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri hadisəni birbaşa pisləyib, həqiqətin tez bir zamanda üzə çıxarılmasına və günahkarların müəyyənləşdirilməsinə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Kremlin mətbuat xidməti mayın 3-nə keçən gecə “Kiyev rejiminin Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd tdiyini” bildirib. Kreml bu hərəkətləri “planlı terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd" kimi qiymətləndirib və bəyan edib ki, onlar “uyğun gördükləri vaxtda və yerdə cavab tədbirləri görmək” hüququnu özündə saxlayırlar.