Klaar Bayramov-Mirzoyan görüşü barədə: “Ümidverici xəbərlər var” - FOTO

“Avropa İttifaqı 4 günlük danışıqlarda Azərbaycan və Ermənistanın davamlı iştirakını alqışlayır”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında paylaşım yazıb.
“Vaşinqtondan ümidverici xəbərlər var. Tərəqqi yalnız dialoqla mümkündür. Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik” , - deyə o qeyd edib.