BQXK-nin qanunsuz əməlləri: Humanistlik adı altında...

"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) humanitar fəaliyyət üçün nəzərdə tutulan prinsipləri pozur".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, BQXK-nin Laçın yolunda və Qarabağda qanunsuz əməlləri ilə bütün əməkdaşlarının fəaliyyətinə də kölgə salır:
"Ermənistan üçün kəşfiyyat məlumatlar daşıyır. Bir qurum ki, , Azərbaycan əsgərinin dislokasiya mövqelərini düşmənə ötürür. Əsas missiyası münaqişə və ya sonrakı şəraitdə mülki insanlara yardımdır. Amma onu silah daşıma ilə əvəz edir. Deməli, qurum konkret olaraq tərəf tutur, onun insanlıqla bağlı yönü qalmır. Çünki hüquq və ədalət BQXK-nin kobud fəaliyyətində alçaldılıb. Görünən odur ki, Qarabağda başqa bir qurumun fəaliyyəti üçün zəmin hazırlayır. BQXK-nin yol verdiyi nöqsan Azərbaycanın adekvat cavabını doğurdu. Qaçaqmalçılıq faktları ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırıldı.
BQXK və onun arxasındakı erməni lobbisi nəyə hazırlaşır?! Rusların kənarlaşdırılmasına yox, BMT-nin sülhməramlılarının bölgəyə gətirilməsinə hesablanıb".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) son məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətləri çox ciddi qanun pozuntuları ilə müşayiət olunub. Təşkilatın nümayəndələri onlara göstərilən etimaddan, verilən səlahiyyətlərdən sui-istifadə etməklə Azərbaycan ərazilərində faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar.