ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini sıradan çıxarmaq və bunun üçün Rusiyanı günahlandırmaq niyyətindədir.
Bunu MKİ-nin keçmiş analitiki Larri Conson deyib.Onun sözlərinə görə, Ukrayna liderinin ölkəni idarə etmək üçün çox vaxtı yoxdur.
Zelenskinin yəhudi əsilli olduğunu söyləyən politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, onun Qərblə sıx əlaqələri və əməkdaşlığı var:
"Ümumiyyətlə düşünürəm ki, Ukraynada Zelenskidən sonra kim hakimiyyətə gəlsə, Moskva ilə kompromis danışıqlara gedəcək. Hətta bəzi ərazilərin Rusiyada qalma şərtini də qəbul edə bilər. Bu da Qərb dövlətləri, xüsusən də ABŞ üçün o qədər də, cəlbedici görünmür. Digər tərəfdən ABŞ 80, Avropa isə 20 milyard dollardan çox Ukraynadakı müharibəyə pul xərcləyib. Yəni Qərb və Avropa tərəfindən savaşa 100 milyarddan çox vəsait xərclənib. Bu səbəblə də, onların Zelenskini aradan götürmək istədiklərini düşünmürəm".
Analitikin sözlərinə görə, Ukraynanın hazırkı prezidenti yalnız Rusiya ilə gizli danışığa gedəcəyi təqdirdə aradan götürülə bilər:
"Hətta Türkiyə Prezidentinin sözçüsü də, bildirmişdi ki, biz Rusiya və Ukrayna liderləri arasında görüş keçirməyə hazırıq, ancaq ABŞ-lə, Böyük Britaniya buna mane olurlar. Görünür ki, bunların hər biri hesablanmış addımdır. Yəni Ukraynadakı savaşın uzadılması Qərb dövlətlərinə faydalıdır. Ona görə də, Zelenski hələlik ideal namizəd hesab edilə bilər. Lakin şərait və zaman da çox önəmlidir. Ehtimal var ki, gələcəkdə onun yerinə adam tapa bilərlər. İndi isə bu real görsənmir".