Türkiyə Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə sabah İrana səfər edəcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli təmaslar keçirəcəyi gözlənilən Fidanın həmkarı Abdullahiyan ilə ikitərəfli əlaqələri və tərəflər arasında əməkdaşlığı müzakirə edəcək.
Nazirlər həmçinin cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.