Vətən Partiyasının sədri Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıtmaq üçün şərtləri açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Məhərrəm İncə "t24" yazarı Cansu Çamlıbelin suallarını cavablanırıb.
2024-cü il yerli seçkiləri üçün müxalifətə xəbərdarlıq edən İncə, "Siyasət mühəndisliklə işləməz. Siyasət meydanda olacaq. Yenə bu cür mühəndislik etsəniz, bu dəfə bələdiyyələri təhvil verəcəksiniz. Başda İstanbul və Ankara olmaqla bu mühəndislikdə bir vaz keçin, bu iş ağılla, elmə olar" deyə müxalifətə səslənib.
“CHP-nin nizamnaməsinin dəyişdirildiyi və üzvlərin qərar qəbul etmə prosesində təsirli olduğu bir ssenari sizin üçün “CHP-yə dönüş ssenarisi” ola bilərmi?” sualına İncə belə cavab verib:
"Ölkə siyasətini CHP daxilindəki qarşıdurmalarla məhdudlaşdırsaq, heç yerə çatmayacağıq. Biz “Ölkədə nə baş verirsə, mənim üçün ən yaxşısıdır?” yox, “Ölkə üçün ən yaxşısı nədir?” sualına cavab axtaracağıq. Bu axtarışın sonunda siyasətdən uzaqlaşmalı olduğumu bilsəm, geri çəkiləcəyəm və ya ağlınıza gələn başqa qurbanlar verməkdən çəkinməyəcəyəm”.
Məhərrəm İncəyə başqa bir sual - “Dediyiniz CHP-də dəyişiklik olarsa, geri qayıda bilərsiniz..." sualı da verilib:
- Niyə də yox? O zaman orası elə Məmləkət Partiyası, mən niyə ordan getməliyəm?