Ədliyyə Nazirliyi Sabir Rüstəmxanlının partiyasının üzvlərinin reysterini təsdiq edib

Ədliyyə Nazirliyi millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib. Sherg.az xəbər verir ki, bu barədə VHP sədrinin müavini Samir Əsədli məlumat verib. Partiya funksioneri qeydiyyatla bağlı üzvləri və tərəfdarları təbrik edib: "Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik".

Qeyd edək ki, VHP-nin təxminən bir ay öncə "Siyasi Partiyalar haqqında” Qanuna uyğun olaraq üzvlərin dövlət reyestri ilə bağlı Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda müxtəlif qüsurlar aşkanlanmışdı. VHP üzvlərinin reyestr siyahısı daha da dəqiqləşdirilərək yenidən Ədliyyə Nazirliyinə təqdim edilmişdi. Xatırladaq ki, bugünədək Ədliyyə Nazirliyinə müraciətlər arasında sadəcə hakim Yeni Azərbaycan Partiyasının üzv siyahısı reyestrdən keçib.