Tural Abbaslının partiyası qeydə alındı 

Ədliyyə Nazirliyi AĞ Partiyanın 5000 üzvlə bağlı təqdim etdiyi siyahını da qəbul edərək dövlət reyestrindən keçirib. 

"Sherg.az" xəbər verir ki, bununla bağlı partiya sədri Tural Abbaslı özü məlumat verib. 

Partiya rəhbəri qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, Ədliyyə Nazirliyinə təqdim etdikləri məktuba rəsmi cavab göndərilib: 

"Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılıb və bu proses yekunlaşaraq partiyamız qeydə alınıb. Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edirəm. Bundan da böyük naliyyətlər arzulayıram. Vətənimiz, xalqımız üçün xeyirli uğurlu olsun!".