ABŞ və bəzi Qərbi Avropa ölkələri (xüsusən Fransa, Almaniya) siyasətində ikili standartlar hiss olunur. Onların maraqlarına cavab verən konfliktlərə göz yummaları, digər xırda insidentləri isə şişirtmələri bunun ən bariz nümunələrindəndir. Məsələn, Ermənistanda Paşinyan keçmiş hakimiyyətdən bir çox nümayəndələri həbs edib, əksər hüquq müdafiəçiləri onları siyasi məhbus adlandırır (nümunə, A.Aşotyan). Lakin Qərb siyasi dairələri bu haqda bir söz də demir. Həmçinin sözdə insan hüquqları haqqında danışanlar Aralıq Dənizində boğulan miqrantlar haqqında danışmır. Belə bir vəziyyətdə sual yaranır ki Qərbin qeyri-sabit siyasəti nə vəd edir?
Qərbin Azərbaycana qarşı ikili standartlarından danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a söyləyib ki, ABŞ və Avropa ölkələri Cənubi Qafqazdakı təsir imkanlarını böyütmək istəyir:
"Azərbaycana olunan təzyiqlər də təsir mexanizmi qurmaq üçündür. Digər tərəfdən bu təzyiqlər və ikili standartlar təkcə Azərbaycana qarşı deyil. Qərb Türkiyə, Rusiya və Pakistan kimi ölkələrin də qara piarını aparır. Qərb kompaniyası ölkə rəhbərliyini təzyiq altında saxlmaq üçündür. Lakin onların buna nail olacaqlarını düşünmürəm. Çünki artıq 90-cı illər deyil".
E.Məmmədyarov əlavə edib ki, Qərb Cənubi Qafqaz regionunu boş qoymaq istəmədiyi üçün geostrateji oyunlar qurur:
"30 ildən çoxdur ki, Qərb regiondakı bəzi ölkələrə və bizə insan hüquqları, demokratiya, mətbuat azadlığı adı altında təzyiq göstərir. Ümumiyyətlə , ikili standartlar və təzyiq mexanizmi Fransa, Almaniya, ABŞ kimi ölkələrin yol xəritəsidir. Onlar düşünürlər ki, təzyiq artdıqca həmin ölkə səhv edəcək və onu öz təsirləri altına alacaqlar. Cənubi Qafqaza yönəlik həyata keçirdikləri siyasət də məhz budur".