Bayramov və Mirzoyan ABŞ-a gedəcəkmi?

ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə Patel bu məsələ ilə bağlı məlumatı olmadığını söyləyib.