Mirzoyan: Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub

Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.
APA xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O xatırladıb ki, ötən il iyul və noyabr aylarında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların görüşü keçirilib.