qənaətincə, HƏMAS-İsrail müharibəsindən istifadə edən ABŞ İsraili özündən tam asılı saxlayır və İran təhdidi qarşısında himayəçi rolunu oynayır:
ABŞ İrana hücum etməyəcək -ŞƏRH
Yusif Nəzərli
03:00 30.01.2024
Dünya
913
Yaxın Şərqdə hər iki dövlətin ortaq gizli və açıq maraqları, ideoloji vəhdəti var
ABŞ-nin hərbi bazası pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Hücum nəticəsində 3 amerikalı əsgər ölüb, 40-a yaxın əsgər yaralanıb. Amerikanın hərbi bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir. Hadisə ilə bağlı Amerika Prezidenti Cozef Bayden yazılı bəyanat verib. Qeyd olunub ki, Vaşinqton İranın dəstəklədiyi qrupları İordaniyada ABŞ qüvvələrinə qarşı üç hərbçinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyətə cəlb edəcək. ABŞ müdafiə naziri Lloyd Ostin deyib ki, Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu hərəkətlərə cavab verəcək. O, hücuma görə məsuliyyəti İranyönlü qrupların daşıdığını bildirib. Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro bildirib ki, husilərin mövqelərinə zərbələr endirməyə davam ediləcək: "Əməliyyatın zamanı onlara yardım edən İranın hərəkətlərindən asılıdır. Yəqin ki, əməliyyatın nə qədər davam edəcəyini İrandan soruşmalıyıq. Onlar husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, sonsuza qədər davam etməyəcək".“Blumberq” yazıb ki, ABŞ Yaxın Şərqdəki bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat imkanını nəzərdən keçirir. Məlumata görə, üç amerikalı əsgərin həyatına son qoyan hücum Vaşinqtonun daha qəti reaksiyasına səbəb olacaq: “Mümkün addımlar arasında ABŞ-nin İrana zərbə endirəcəyi gizli əməliyyat da nəzərdən keçirilir. Vaşinqton bu kampaniyada iştirakını rəsmi şəkildə elan etməyəcək. ABŞ həm də birbaşa İran rəsmilərinə hücum edə bilər. Amerikanın nə etməsindən asılı olmayaraq, Bayden səlahiyyət müddətinin ən mühüm qərarlarından birini qəbul etməli olacaq. Bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, İrana qarşı ABŞ-nin hərbi müdaxilə edəcəyini təxmin etmir. Onun sözlərinə görə, Yaxın Şərqdə hər iki dövlətin ortaq gizli və açıq maraqları, ideoloji vəhdəti var:
"Bu vəhdət müsəlman ölkələrinə qarşıdır. İran istər Əfqanıstanın, istər İraqın, istərsə də Suriyanın de-fakto işğalında ABŞ-nin əlinə oynayıb və maraqlarına xidmət edib. Buna qarşılıq Amerika Birləşmiş Ştatları İranın Yəməndə, Suriyada, İraqda, Livanda və digər bölgələrdə varlığına, hərbi baza yaratmasına şərait yaradıb. Amerika bilir ki, İran heç zaman müsəlman ölkələri ilə vəhdətə gəlməyəcək. Bu günə qədər ABŞ-nin İrana hərbi müdaxilə etməməsinin əsl səbəbi İranın Pakistan, Türkiyə, Azərbaycan, Əfqanıstan və başqa müsəlman ölkələri ilə fikir ayrılığının olması, ögey münasibət siyasətidir. Fələstin məsələsində də İran Qərbin arzu etdiyi gərginliyi gündəmdə saxlamaqla birbaşa Qərbin maraqlarına xidmət edir. Çoxsaylı müsəlman ölümünə şərait yaratmaqda hər iki dövlət eyni hədəfə vurur".
T.İrfanın
qənaətincə, HƏMAS-İsrail müharibəsindən istifadə edən ABŞ İsraili özündən tam asılı saxlayır və İran təhdidi qarşısında himayəçi rolunu oynayır:
qənaətincə, HƏMAS-İsrail müharibəsindən istifadə edən ABŞ İsraili özündən tam asılı saxlayır və İran təhdidi qarşısında himayəçi rolunu oynayır: "Ümumiyyətlə, dünyada gizli səlib yürüşü davam edir. Bu, istər ABŞ, istər digər Avropa ölkələrinin müsəlman ölkələrinə təzyiqi şəklində özünü göstərir. Qərb səlib yürüşünü orta əsrlərdə özü aparırdısa, bu gün yəhudi - müsəlman davası formasına sürümək istəyir. Şübhəsiz ki, səmimi müsəlmanlar və səmimi xristianlar hər yerdə tolerant şəkildə yaşayırlar. Ancaq ABŞ və Qərb ideoloqları "Qurani-Kərim"i mütəmadi yandırtmaqla, Azərbaycan və Türkiyəyə qarşı təzyiqlə, Fələstindəki savaşın müsəlman-yəhudi savaşına çevrilməsinə səy göstərməklə, Fransa başda olmaqla Avropa dövlətlərinin də Ermənistanı müdafiə etməsinə, silahlandırmasına nəzər saldıqda gizli səlib yürüşünün detallarını görməmək mümkün deyil. Hər halda İranın ABŞ maraqlarına xidmət etdiyini əsas götürərək hərbi müdaxilənin olacağına inanmıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya