Azərbaycan səfiri etimadnaməsini Çin sədrinə təqdim edib

Azərbaycan səfiri Bünyad Hüseynov etimadnaməsini Çin Xalq Respublikasının sədri Si Cinpinə təqdim edib.
Trend xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Si Cinpin ümumilikdə 42 ölkənin səfirinin etimadnaməsini qəbul edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bünyad Hüseynov 2023-cü ilin avqust ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.