Terapevt: “Nimesil” məsləhət deyil, təhlükəlidir
Yusif Nəzərli
05:59 08.02.2024
Sağlamlıq
4675
Bu preparatın qəbulu zamanı allergik reaksiyalar özünü çox pis büruzə verir
Uşaqlara, böyüklərə “Parasitomol”, ya da “Paraferin” vermək olar
Müəyyən ağrıları azaltmaq üçün “Nimesil” dərmanından istifadə edənlər çoxdur. Bu dərmanın baş, diş ağrısını kəsdiyi, hərarəti saldığı deyilir. “E-saglam.az” 2015-ci ildən respublikamızda satışına başlanılan və tələbatın get-gedə artdığı "Nimesil" haqqında məlumatları təqdim edib. Qeyd edilir ki, bu, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə "nimesulide" adlanır. Bundan əlavə saxaroza, portağal dadlı və iyli dadverici, limon turşusu, maltodekstrin və makroqolun setostearil efiri kimi köməkçi maddələr də daxildir. Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir. Qeyd edilir ki, “Nimesil” əməliyyatdan sonra yaranan ağrılara, baş və diş, əzələ ağrılarına, ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılara yaxşı təsir edir, damar, ginekoloji və uroloji xəstəliklərdə, bədən temperaturunun artmasına qarşı da istifadə edilir. Lakin dərman bir çox ağrılara güclü təsir etsə də, ondan düzgün şəkildə istifadə etmək lazımdır. "Nimesil" yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 ml suda bir paket həll edərək içməlidirlər. 0-12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maksimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olub ki, "nimesulide" maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı, ya da ümumiyyətlə istifadə etməməlidir. Bütün bunlardan əlavə preparatın yan təsirləri də mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər. Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifadə etməsi qadağandır.
Terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Nimesil” qeyri-steroid iltihab əleyhinə preparatlar qrupuna aiddir:
- 0-12 yaş qrupuna əks göstərişləri öz yerndə, amma “Nimesil” kəskin allergik reaksiyalar törədən preparatdır. Bu preparatın qəbulu zamanı allergik reaksiyalar özünü çox pis büruzə verir. Aptekçilər müraciət edənlərə özbaşına satır bu preparatı. Bu, qətiyyən düzgün deyil. Birincisi, ağrı varsa, onun mənbəyi, səbəbi tapılması və ona uyğun müalicə aparılmalıdır. Ağrıkəsicilər müvəqqəti xarakterlidir və orqanizmə bəlli bir vaxt müddətində çaşdırıcı, ziyanlı “kömək” edir. Ağrı varsa, müəyyənləşməlidir ki, səbəbi nədir. Yoxsa hər ağrını ağrıkəsici ilə azalt, bir müddət sonra yenə başlasın, yenə ağrıkəsici qəbul et, bu, tamamilə yanlışdır və orqanizmin çökməsinə səbəb olacaq. Həkimlə məsləhətləşməmiş heç bir dərman preparatı qəbul edilməməlidir. Xüsusən də “Nimesil” kimi allergik reaksiyalar törədən preparat. Bu preparatları almaq ümumiyyətlə, məsləhət deyil. Uşaqlara, böyüklərə “Parasitomol”, ya da “Paraferin” vermək olar, ya kapsul şəklində, ya da sirop halında olan. “Nimesil”in qəbulu zamanı kəskin allergik reaksiyalara çox təsadüf edilir. Hətta biz xəstələrdən soruşuruq, digər dərman preparatlarının qəbulu zamanı da allergik reaksiyalar yaşanıbsa, ikinci dəfə eyni tərkibli preparatları qəbul etmək prosesi sürətləndirə, sürətlə gedən allergik reaksiyalara səbəb ola bilər. Bu da çox ağır fəsadlar, hətta anefilaktik şok yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm