Dövlət himnini dəyişdi! Şimali Koreyadan sürpriz

Şimali Koreya öz milli himninin sözlərini dəyişib və misralardan bütün Koreya yarımadasına aid olan hissəni çıxarıb. Dəyişiklik Cənubi Koreya ilə birləşmə məqsədindən imtina siyasətinin əlaməti kimi şərh edilib.

 Sherg.az xəbər verir ki,  Cənubi Koreya ilə müharibə astanasında olan Şimali Koreya dövlət himninin sözlərini dəyişib. Koreyada istifadə edilən ölçü vahidindən istifadə edilərək yazılan və bütün Koreya yarımadasını nəzərdə tutan “Üç minlik gözəl vətənim” ifadəsi himndən çıxarılaraq “Dünyadakı gözəl vətənim” ifadəsi ilə əvəz edilib. Dəyişiklik Kim Çen Inın Cənubi Koreya ilə birləşmə məqsədindən əl çəkmə siyasətinin əlaməti kimi şərh edilib.