
Gürcüstan müsəlmanları İran təbliğat maşınının qurbanlarıdır - RƏY
04:03 12.03.2024
Siyasət
569
“Azərbaycanlılarla gürcüləri, müsəlmanlarla xristianları üz-üzə qoymaq istəyənlər, şübhəsiz ki, Fransanın agentləri və erməni təxribatçılarıdır”
Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq ediblər, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə ölkənin rəsmi qurumlarını hərəkətə gətirib. Hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb. Bəyanatda deyilib ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyatçı Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda ara-sıra belə məsələlər olsa da, bu məsələ indiki zamanda məqsədyönlü şəkildə, süni olaraq həyata keçirilir. Ekspertin sözlərinə görə, şübhəsiz ki, əgər Gürcüstan qonşuluq münasibətlərinə sadiq qalmaq istəyirsə, gərək dini tolerantlıq ənənələrini də qorusun:

"Məlumdur ki, Fransa əsasən Azərbaycanın Qarabağ zəfərindən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan və Türkiyəyə qarşı xüsusi düşmənçilik siyasəti yürüdür. Bu da onu hətta İranla belə ortaq mövqelərdən çıxışlar etməyə, Ermənistana silah verməyə qədər gətirib çıxarıb. İnanıram ki, Gürcüstandakı bu süni qarşıdurma Avropadan qaynaqlanır. Başda Fransa olmaqla islamofobiyanın artırılması, bəhanələr ilə müsəlmanlara təzyiq göstərmək, əslində, gizli səlib yürüşünün detallarıdır. Gürcüstanda azərbaycanlılarla gürcüləri, müsəlmanlarla xristianları üz-üzə qoymaq istəyənlər, şübhəsiz ki, Fransanın agentləri və erməni təxribatçılarıdır".
İlahiyyatçı bəyan edib ki, Gürcüstan müsəlmanlarının demək olar ki, hamısı İran təbliğat maşınının qurbanlarıdır: "İranın yaydığı ideoloji xətt nəinki müsəlmanlara, hətta başqa dinlərin mənsublarının inancına da tamamilə zidd və düşmənçilik aşılayır. Radikal və nifaq, ikitirəlik niyyəti ilə İranın uzun müddət oradakı təbliğatı səbəb olub ki, Gürcüstanda müsəlmanlar İran, fars ideologiyasının qurbanlarına çevrilirlər. Din pərdəsi altında, əslində, İran Gürcüstan müsəlmanlarını Azərbaycandan ayırıb özünə daha çox bağlamaq istəyir. O müsəlmanlar İranda oturan siyasiləri tanrı kimi qəbul edirlər, onlara pərəstiş edirlər, xüms, zəkat, vergi verirlər... Bu da münasibətlərin gərginləşməsinə marağın tərkib hissəsidir. Fransa ilə İran eyni hədəfə vurur. Eyni məqsədə doğru müxtəlif yollarla irəliləyirlər.
Məqsəd Gürcüstanda müsəlmanlar ilə xristianları qarşı-qarşıya gətirib islama qarşı savaş açmaq, Türk dünyasının başını qatmaqdır. Azərbaycanın qonşularla münasibətlərinə xələl gətirmək istəyən bu qüvvələr inanıram ki, bir nailiyyət əldə etməyəcəklər. İran da, Fransa da Gürcüstanda uduzacaq. İslama savaş açmaq, Türk Dövlətləri Təşkilatının vəhdətinə qarşı təxribat, islamofobiya addımları gücsüz, haqsız və əsassız olduğu üçün iflasa məhkumdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol