
Yükü metro daşımasa hər gün tıxaclı yollarda qalınacaq -ŞƏRH
10:04 12.03.2024
Cəmiyyət
873
Milli Məclisdə Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi təklif edilib. Bunu deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib. O qeyd edib ki, Bakı-Sumqayıt arasında metrostansiya tikilməsi yaxşı olardı.
“Bundan əlavə, Lökbatana metro stansiyasının çəkilməsi də faydalı olardı”, - deyə F.Ağamalı bildirib. O təklif edib ki, eyni zamanda Sədərək bazarı tərəf ən çox tıxac ola yerdir. “Ona görə də Lökbatan tərəfə də metro salınsın. Ümumiyyətlə Bakıda sıxlıq çox olan ərazilərə metrostansiyası salınsa, yaxşı olar”, - deyə o, əlavə edib.
Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, Bakı ilə Sumqayıt arasında metrostansiyasının çəkilməsi müsbət hal olardı:

“Deputat bu təklifi irəli sürməkdə haqlıdır. Aidiyyəti qurumlar bu məsələyə biraz səthi yanaşırlar. Ola bilsin texniki imkanlar, vəsaitin çox xərclənməsi və digər səbəblər baxımından məsələnin üzərinə düşmürlər. Amma bu çox aktual bir mövzudur. Bakı-Sumqayıt metrostansiyası Bakıdan başlayıb Sumqayıtda dayanmamalıdır. Məsələn, Masazır, Novxanı, Saray, Ceyranbatan ərazilərini də əhatə edə bilər. Bu yükü metro daşımasa, hər gün tıxaclı yollarda qalınacaq. Qaradağ rayonu Bakının ən böyük rayonu olmasına baxmayaraq nəqliyyat ilə bağlı infrastrukturu anınacaqlı vəziyyətdədir. İctimai nəqliyyatın keyfiyyətli olmasına şərait yaradılmalıdır. Həmçinin Qaradağda yaşayan insanların şəhər ilə əlaqəsi təmin olunmalıdır. Yüklənmə əsasən Sumqayıt hissəsində baş verir. Lökbatan Qaradağ rayonu ərazisində isə tikinti və yaşayış üçün bir çox yerlər var. Normal imkanlar yaradılmadığına görə də insanlar ora getmir. Bu səbəblə də hər gün 20 Yanvar, Masazır, Xırdalan dairəsində tıxaclar yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət