XİN rəhbəri: Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şərait mövcuddur

Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şərait mövcuddur.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdə bildirib.
Bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.